Abort qadağan edilə bilər

Abort qadağan edilə bilər

ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.

Gununsesi.org-un məlumatına görə, yeni qanuna əsasən, hamiləlik hətta təcavüz nəticəsində baş vermiş olsa belə abortla dayandırmaq qadağan edilir.

Qanunu 25 senator dəstəkləyib, 6 senator isə sənədin əleyhinə səs verib. Həmin qanun layihəsi ştatın qubernatoru Key Aviyə baxılması üçün təqdim edilib. Onun bu qərarı dəstəkləyib-dəstəkləməyəcəyi bilinmir.

COMMENTS