ABŞ 2020-ci il üçün ölkəyə gələn qaçqınların limitini azaldıb

  • By admin
  • 02 Noyabr 2019 19:07

ABŞ prezidenti Donald Tramp 2020-ci il üçün nəzərdə tutulan maliyyə məsrəflərinə görə ölkəyə gələn qaçqınların limitini azaltmağa qərar verib.

Gununsesi.org xəbər verir ki, bu barədə Ağ Evin mətbuatı xidməti məlumat yayıb.

Gələn informasiyalarda prezident administrasiyasının bu rəqəmi 18 minə düşürməyi planladığı öyrənilib.

“Birləşmiş Ştatlara sığınacaq üçün gəlmiş qaçqınların sayının 18 mindən çox olmaması barədə qərar sırf humanitar baxımdan qəbul olunub və milli maraqlarımıza cavab verir”, – deyə sənəddə bildirilir.

Qeyd olunur ki, 2019-cu il büdcəsində qaçqınların limiti 30 min adam olaraq müəyyən edilmişdi.

Beləliklə, Donald Tramp gəlmələrin sayını, demək olar ki, 2 dəfə azaldıb.

Həmçinin ABŞ prezidenti qaçqınların ölkə ərazisində paylanılmasının yalnız yerli hakimiyyətlərin və ştatların razılığı ilə mümkün ola biləcəyi barədə yeni icraedici sərəncam imzalayıb.

Ekspertlərin rəyinə görə, bu ölkəyə gələn miqrantlaırn hüquqi durumunu daha da ağırlaşdırır.

 

Gununsesi.org