ABŞ-a casusluq edən İran vətəndaşı edam edildi

  • By admin
  • 22 İyun 2019 20:20

İranda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və ABŞ-ın xeyrinə casusluq edən Cəlal Hacı Zavar edam olunub.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatı məlumat yayıb.

 Məlumatda bildirilir ki, müqavilə ilə Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub.
Gununsesi.org