“ABŞ artıq Avropanı müdafiə etməyəcək” - MERKELDƏN SƏRT AÇIQLAMA

  • By admin
  • 11 Sentyabr 2019 19:33

ABŞ artıq Avropanı avtomatik olaraq müdafiə etməyəcək, buna görə Avropa İttifaqı təhlükəsizliyini təmin etmək üçün daha çox səy göstərməyə məcburdur.

Gununsesi.org bildirir ki, bunu Almaniya Kansleri Anqela Merkel 2020-ci il üçün federal büdcə ilə bağlı Bundestaqdakı müzakirələrdə deyib.

“Avropa ABŞ-la dəyərlərlə bağlıdır. Lakin onun Avropanın müdafiəçisi rolunu oynayacağı ilə bağlı daha avtomatizm yoxdur “, – deyə o bildirib.

Onun sözlərinə görə, bu gün bu istiqamətdə Avropa tərəfindən daha əhəmiyyətli addımlar atılmalıdır.

 

Gununsesi.org