ABŞ-da 9 yaşlı uşaq 5 nəfərin qətlində ittiham olunur

ABŞ-da 9 yaşlı uşaq 5 nəfərin qətlində ittiham olunur

ABŞ-ın İllinoys ştatının 9 yaşlı sakini 5 adamın qətlində və bu cəzanı ağırlaşdıran hallarla birlikdə yanğın törətməkdə ittiham olunur.

Gununsesi.org “USA Today” qəzetinə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Qreq Minger yerli “Peoria Journal Star” jurnalına verdyi müsahibədə deyib.

Jurnalın verdiyi məlumata əsasən, kiçik yaşlı cani bu ilin aprel ayının 6-da hərəkət edə bilən evdə yanğın törədib.

Hadisə Çikaqo şəhərinin cənub-qərbində yerləşən Qudfild qəsəbəsi yanında, “Timerline Mobil Home Park” deyilən ərazidə baş verib.

Burada 5 şəxs, o cümlədən 3 uşaq həlak olub. Onlardan ikisi canını qurtara bilib.

Uşaqlardan birinin 1, o birilərin isə 2 yaşı olub. Qalanları 34 yaşlı kişi və 69 yaşlı qoca qadın imiş.

Yanğın həmin gün axşam saat 11-də başlayıb. Yanğınsöndürmə xidməti gəldiyi zaman artıq çox gec olub və onlar yetişənə qədər alov bütün evi bürüyüb.

Qreq Minger azyaşlı uşağa ittiham aktı hazırlamağın özü üçün çox çətin olduğunu syləyib.

“Bu bir faciədir. Lakin hər bir halda gənc adam ən ağır cəzalardan birini törətməkdə günahlandırılır”,-deyə o, söyləyib.
Əgər uşağın təqsiri sübuta yetirilsə, onu 5 illik sınaq müddəti gözləyir.

“Yaş nəzərə alındıqda sınaq dövrü yeganə çarə kimi qalır”,-deyə prokuror bildirib.

 

 

 

Gununsesi.org

COMMENTS