ABŞ-da bıçaqlı şəxs insanlara hücum etdi - YARALILAR VAR

  • By admin
  • 11 Sentyabr 2019 22:30

ABŞ-ın Florida ştatının Tallaxassi şəhərində bıçaqlı şəxs insanlara hücum edib.

Gununsesi.org xəbər verir ki, insident “Duke İndustries” şirkətinin sənaye parkında yaşanıb. Nəticədə 6 nəfər yaralanıb. Şirkət işçiləri polisə bıçaqlı şəxsi yaxalamağa kömək edib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şirkətin daha əvvəl işdən qovulmuş əməkdaşı olub.

 

Gununsesi.org