ABŞ-da fırtına nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb- VİDEO

ABŞ-da fırtına nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

ABŞ-ın Texas ştatında “İmelda” tropik fırtınası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Gununsesi.org “New York Times”a istinadən xəbər verir ki, ölənlərdən biri atını sudan çıxarmağa çalışan gənc olub. Üç nəfər isə avtomobil sürərkən daşqın altında qalıb.

Daşqın zamanı boğulanlardan daha bir kişi meyiti isə Hyuston şəhəri ərazisində yol kənarında tapılıb.

ABŞ-ın Milli Meteorologiya Xidməti daşqın ehtimalı barədə xəbərdarlıq etsə də, həyat üçün təhlükə yarada biləcək yağıntının miqdarının azaldığı bildirilib. Mindən çox insan xilas və təxliyyə edilib.

 

 

 

 

Gununsesi.org

COMMENTS