ABŞ-da gecə klubunda atışma- ÖLƏN VƏ YARALANANLAR VAR

ABŞ-da gecə klubunda atışma

ABŞ-da gecə klubunda atışma olub.

Gununsesi.org xəbər verir ki, bu barədə “Fox News” telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, “Old Skool Sports Bar & Grill” gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.

Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır.

 

 

Gununsesi.org

COMMENTS