ABŞ-da həbs olunan Hakan Atilla Türkiyəyə göndərildi

  • By admin
  • 24 İyul 2019 10:07

İyulun 19-da ABŞ-da həbsdən azad olunan “Halk Bank”ın  idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla Türkiyəyə göndərilib.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, türkiyəli bankir ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Bürosunun səlahiyyətli şəxsləri tərəfindən Nyu-Yorkun Kennedi hava limanına gətirilərək Türkiyə Hava Yollarına (TYH) məxsus “TK-02” tipli təyyarə ilə İstanbul aeroportuna yola salınıb.

Onu hava limanında həmçinin,Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsulu Alper Aktaş müşayiət edib.

Təyyarənin bu gün Türkiyə vaxtilə saat 11:30-da eniş edəcəyi gözlənilir.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il 27 mart tarixində Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda saxlanılaraq həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda, ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham olunaraq barəsində 32 ay müddətinə həbs qərarı çıxarılmışdı.

Rza Zərrab məhkəmədə Atillanın əleyhinə ifadə vermişdi.


Gununsesi.org