ABŞ-da silahlı insident: 5 nəfər ölüb, 3-ü uşaqdır

  • By admin
  • 17 Noyabr 2019 14:11

ABŞ-ın Kaliforniya ştatında silahlı insident olub.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San-Dieqo şəhərində yerləşən şəxsi evlərdən birində baş verib. İnsident zamanı 5 nəfər həlak olub. Ölənlərdən üçü uşaq, digərləri qadın və kişidir.

Hadisənin təfərrüatı məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

 

Gununsesi.org