ABŞ-da yaşayış evinə düşən təyyarə yandı, pilot öldü

  • By admin
  • 30 Oktyabr 2019 09:09

ABŞ-da “Cessna 414” təyyarəsi yaşayış evinə düşüb.

Gununsesi.org-un “NTV”yə istinadən məlumatına görə, nəticədə yanğın başlayıb və alov qonşuluqdakı evlərə keçib.

Aviaqəza Nyu-Cersi ştatının Koloniya yaşayış məntəqəsində baş verib. Nəticədə təyyarənin pilotu həlak olub. Hadisə zamanı azı 2 ev yanıb.

 

Faktla bağlı araşdırma aparılır.