ABŞ-dan Assanca 17 yeni ittiham

  • By admin
  • 25 May 2019 15:33

Wikileaks  twitter hesabından verdiyi açıqlamada bu ittihamları “çılğınlıq” adlandırıb

Amerika Ədalət Nazirliyi İngiltərədə həbsdə olan Wikileaks qurucusu Culian Assanca 17 yeni ittiham irəli sürüb. “Gununsesi” BBC Türkcəyə istinadən xəbər verir ki, bu ittihamlar arasında gizli qaynaqların adlarını əldə etmək və yaymaq da yer alır.

Assanca keçən ay da keçmiş məxfi xidmət analitiki Çelsi Manninqlə birlikdə Müdafiə Nazirliyinin şəbəkəsinə girmək üçün plan qurmaq ittihamı verilmişdi. Assanc İngiltərədə zamin şərtlərini pozmağa görə həbs olunub.

47 yaşlı Avstraliya vətəndaşı keçən ay Ekvator səfirliyindən çıxarılaraq türməyə göndərilmişdi. 2012-ci ildə İsveçdə ona qarşı yönəldilən cinsi istismar ittihamlarına görə Ekvator səfirliyinə sığınan Assanc isə ittihamları rədd edir. Yeni ittihamlar arasında Orta Şərq və Çindəki gizli qaynaqları təhlükəyə atmaq da yer alır.

Wikileaks isə twitter hesabından verdiyi açıqlamada bu ittihamları “çılğınlıq” adlandırıb.

Assange ile ilgili görsel sonucu

Assanca bu sənədləri verən Çelsi Manning 2013-cü ildə günahkar bilinərək 35 il cəza alıb, keçmiş Amerika prezidenti tərəfindən cəzasının azaldılmasından sonra azad edilmişdi. Manning, Wikileaksi araşdıran münsiflər heyəti üzvünə ifadə verməyi rədd etdiyi üçün təkrar həbs edilmişdi.

Wikileaks sızıntısı Amerika tarixindəki ən böyük sızıntılardan biri olmuşdu. Haqqındakı cinsi istismar ittihamlarını yenidən gündəmə gətirən İsveç Assancın onlara təhvil verilməsini tələb edir.

“Yeni Müsavat” xatırladır ki, 2014-cü ilin noyabrında C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutmuşdu. Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə ittiham olunur. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.

İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə etmişdi. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

Assange ile ilgili görsel sonucu

Assanc və dostları bir çox saytları sıradan çıxarıblar. Bu saytlar içərisində Amerika Müdafiə Nazirliyinin saytının da olduğu bildirilir. Assancın fəaliyyəti bir müddət vətəni Avstraliyada izlənilib. Hakim qarşısına çıxarılsa da, simvolik təminatla xilas ola bilib. Bu hadisədən sonra hakerlikdən əl çəkən Assanc özünə jurnalistika sahəsində karyera qurmaq qərarına gəlib. 2006-cı ildə Wikileaks adlı saytı yaradan Assanc  gizli məlumat  və sənədləri dərc edir. Keniyaya dair yaydığı məlumatlara görə  2009-cu ildə Beynəlxalq Əfv Təşkilatından mükafat alan avstraliyalı jurnalist keçən ilin aprel ayında iraqlı vətəndaşların və “Reuters” agentliyinin fotoqrafının ABŞ əsgərləri tərəfindən öldürülməsinə dair görüntülərlə İraqda gərginlik yaradıb. 5 redaktoru və 800 könüllüsü olan Wikileaks-ın rəhbəri Assanc bütün bunları gizli şəkildə dərc etdirmək məcburiyyətindədir. O, öz fəaliyyətini davam etdirmək üçün Şərqi Afrikada Keniya və Tanzaniyaya, bəzən isə İslandiyaya gedib.

O, Türkiyənin “Hürriyet” qəzetinə verdiyi məlumatda Wikileaks həqiqətlərindən danışıb.

Assanc “Hürriyet” qəzetinə verdiyi müsahibədə söyləyib ki, “Dərc etdiyim hər xəbər həqiqətə söykənir. Qəzetlərin etməli olduğunu Wikileaks edir. Buna görə də dünyanın dörd bir yanından inanılmayacaq dəstəklər gəlir. Çox gözəl insanlar mənə dəstək verir.  Buna görə də ürəyim rahatdır”.