ABŞ-dan şok açıqlama: “Suriyadan çıxan İŞİD terrorçuları Türkiyəyə doğru hərəkət edir”

  • By admin
  • 17 Avqust 2016 18:33

isid

Suriyada mühasirədən çıxan İŞİD terrorçuları Türkiyəyə doğru hərəkət edir.

Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Bağdaddakı koalisyon qüvvələrin sözçüsü  polkovnik Kris Garver jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, Suriyanın Minbiç yaşayış mənətəqəsində olan İŞİD terrorçuları mühasirədən çıxaraq Türkiyə istiqamətində hərəkət edirlər. “Haradasa 200-dək İŞİD terrorçusu maşınla Türkiyə istiqamətinə hərəkət edir və  onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir”- deyə, K.Garver vurğulayıb.

 

Gununsesi.info