“ABŞ Fərat çayının şərq shailində kvazidövlət yaratmağa çalışır” - LAVROV

  • By admin
  • 12 Noyabr 2019 21:24

“ABŞ Fərat çayının sahilboyu torpaqlarını Suriyadan ayıraraq orada ayrıca, yalançı bir dövlət qurmaq istəyir”.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Paris sülh forumunda söyləyib.

“Amerikalılar Fərat çayının şərq sahilində kvazidövlət strukturunun bərqərar olması üçün çalışır və Körfəz ölkələrini də, Suriya demokratik qüvvələrinin, kürdlərin əsasında qurulacaq yerli administrasiyaya sərmayə qoymağa təşviq edir. Onların əsas məqsədi Suriyanın bu hissəsini ayırmaq və orada neft yataqlarına nəzarəti saxlamaqdır”, – deyə Rusiyanın baş diplomatı bildirib.
Sergey Lavrov ABŞ-ın öz müttəfiqlərinə Suriyanın bərpasına investiya qoymağı qadağan etdiyini vurğulayıb.

“Biz Suriya hökuməti ilə burada infrastrukturun modernizasiyası, qaçqınların geri dönməsi, ölkənin normal həyata dönməsi üçün hər kəsi dəvət edirik. Lakin Birləşmiş Ştatlar bu zərurəti qəti süruətdə rədd edir və NATO, Avropa Birliyindəki müttəfiqlərinə, bölgə ölkələrinə bu istiqamətdə fəaliyyəti yasaqlayır” , – deyə Sergey Lavrov rəsmi Vaşinqtona ittiham ünvanlayıb.

 

 

Gununsesi.org