ABŞ HHQ-nin zərbələri nəticəsində azı 30 “talibançı”nı məhv edilib

  • By admin
  • 27 Oktyabr 2019 15:38

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən 24 saat ərzində Əfqanıstanın Qəndəhar əyalətinə endirdiyi zərbələr nəticəsində radikal “Taliban” hərəkatının ən az 33 döyüşçüsü məhv edilib, 8-i yaralanıb.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən məlumatına görə, hava zərbələri Məruf və Şah Vəli Kot bölgələrinə endirilib.

Agentlik həmçinin “Taliban” a istinadən, yaraqlıların Qəndəharda Amerikaya məxsus hərbi karvanına hücum etdiyini, lakin ABŞ ordusunun bu məlumatı təsdiqləmədiyini bildirib.

Qeyd edək ki, Əfqanıstan ordusu Faryab əyalətində 50-dən çox “Taliban” hərəkatının silahlısını məhv edib.

 

Gununsesi.org