ABŞ hücuma keçəcəyinə dair Ankaraya xəbərdarlıq etdi

ABŞ hücuma keçəcəyinə dair Ankaraya xəbərdarlıq etdi

ABŞ Türkiyəni Suriyada Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyatla bağlı Vaşinqton və başqa partnyorlarla müzakirə aparmağa çağırır.

Gununsesi.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.

Onun sözlərinə görə, bu məsələdə səmərəli dialoqun olmaması Türkiyə və ABŞ-ın ümumi maraqlarına zərər vura bilər. Amerikalı diplomat qeyd edib ki, Türkiyənin birtərəfli hərəkətləri narahatlığa səbəb olur.

 

 Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Suriyanın şimalında Fərat çayından şərqdə terror təşkilatlarına qarşı hərbi əməliyyata başlayacaq. O, Rusiya və ABŞ-ın bu barədə məlumatlandırıldığını deyib.

Türk hərbi mənbə “RİA-Novosti” agentliyinə bildirib ki, Türkiyə avqustun 11-də belə əməliyyata başlaya bilər. Mənbənin məlumatına görə, Ankara və Vaşinqton Fəratın şərqində təhlükəsizlik zonasının ölçüsü üzrə qarşılıqlı anlaşmaya nail ola bilməyib.

Gununsesi.org

COMMENTS