ABŞ-ın Bakıdakı səfiri: “Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir”

  • By admin
  • 13 Dekabr 2019 13:14
“ABŞ Senatı tərəfindən “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir”.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

“Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq”, – o deyib.
Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb:
“Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik”.