ABŞ-ın Meksikadakı konsulluğunda partlayış olub -Partlayışda əl bombasından istifadə edilib

  • By admin
  • 03 Dekabr 2018 14:12

ABŞ-ın Meksikanın Qvadalahara şəhərində baş konsulluğunun binasında partlayış törədilib.

“Gununsesi.org” un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayışda əl bombasından istifadə edilib.

Hadisə nəticəsində ölən və xəsarət alanlar olmayıb.

Səfirlikdə işlər müvəqqəti dayandırılıb.

Müşahidəçilər qeyd edirlər ki, partlayış Meksikanın yeni prezidenti Andres Manuel Lopez Obradorun inaqurasiyası ərəfəsində baş verib