ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları nələri əhatə edir?

  • By admin
  • 04 Avqust 2019 08:36

 

Vaşinqtonun Rusiya əleyhinə yeni sanksiyaları dövlət şirkətlərinə şamil edilmir.

Gununsesi.org bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin izahatında deyilir.

Qurum qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlər yalnız nazirlik və agentliklərə, eləcə də Mərkəzi Bank da daxil olmaqla “suveren fond” və Milli Rifah Fonduna şamil edilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 2-də məhdudlaşdırıcı tədbirlərin ikinci paketinin tətbiqi haqqında sərəncam imzalayıb. Amerika tərəfi yeni sanksiyalara səbəb kimi isə Moskvanın Skripalla olan vəziyyətin bir daha təkrarlanmayacağına zənamət verməməsini gətirib.

Gununsesi.org