ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evlənib

  • By admin
  • 17 İyun 2019 19:38

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker evlənib.

“Report”un yerli bürosu xəbər verir ki, diplomat “Amerikanın səsi” radiosunun jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.

Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.

Qeyd edək ki, 54 yaşlı K.Volker 2008-2009-cu illərdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi olub. O, 2011-ci ildən Makkeyn İnstitutunun direktorudur. Təcrübəli diplomat 2017-ci il iyulun 7-də ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub.