ABŞ-ın vitse-prezidenti Ərdoğanla görüşmək üçün Ankaraya gedir

  • By admin
  • 16 Oktyabr 2019 09:03

ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür.

Gununsesi.org-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək:

“Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir”.

Nümayəndə həyətində ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik müşaviri Robert O’Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin də olduğu bildirilir.

 

 

Gununsesi.org