ABŞ Konqresi Donald Trampın impiçmentinə dair səsverməni təxirə salıb

  • By admin
  • 16 Oktyabr 2019 12:48

ABŞ Konqresi Prezident Donald Trampın impiçmenti proseduruna icazə verilməsi barədə səsverməni təxirə salıb.

Gununsesi.org Fox News telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

Bunun demokratlar üçün vacib məsələ olduğunu vurğulayan Nensi Pelosi deyib: “Səsvermənin ləngimədən keçirilməsinə heç bir tələbat yoxdur və bu səbəbdən təcili səsvermə keçirməyəcəyik”.

Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatasındakı demokratlar Donald Trampın impiçmenti üzrə formal təhqiqat prosedurunun başlaması təşəbbüsü ilə çıxış ediblər. Onlar dövlət başçısını gələcək prezident seçkilərində əsas rəqibi Cozef Baydenə qarşı təhqiqatın aparılması məqsədilə Ukraynaya təzyiq etməkdə günahlandırırlar.

 

 

Gununsesi.org