ABŞ Konqresinin üzvləri olan qatar qəzaya düşdü

  • By admin
  • 31 Yanvar 2018 22:43


ABŞ-da Konqres üzvləri olan qatar qəzaya düşüb.

APA-nın verdiyi xəbərə görə, hadisə Virciniya ştatının ərazisində, Şarlotsvill şəhəri yaxınlığında qeydə alınıb.

ABŞ-da içərisində Konqres üzvləri olan qatarla yük maşının toqquşması nəticəsində azı bir nəfər ölüb. Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. Konqres üzvləri arasında zərərçəkən olmayıb”, deyə S.Sanders qeyd edib. Onun sözlərinə görə, prezident Donald Tramp insidentlə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub.

Gununsesi.info