ABŞ məhkəməsindən Tramp əleyhinə daha bir qərar çıxarıldı

  • By admin
  • 24 Oktyabr 2019 17:56

Dövlət Departamenti onun administrasiyasının Ukrayna ilə əlaqələrini əks etdirən sənədləri yaymalıdır

ABŞ məhkəməsi Dövlət Departamentini 3 gün ərzində prezident Donald Tramp administrasiyasının Ukrayna ilə bağlantılarını sübuta yetirəcək sənədləri yaymağı əmr edib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Kanalın informasiyasına əsasən, məhkəmə orqanı bununla “American Oversight” təşkilatının “İnformasiya azadlığı” haqqında istinadən verdiyi sorğunu təmin etmiş olub.

“Həmin sənədlər ictimaiyyət üçün olduqca böyük əhəmiyyət kəsb edir”,- deyə təşkilatın vəkili bildirib və hakim Kristofer Kuper onun dəlilləri ilə razılaşıb.

Bundan başqa, məhkəmənin qərarına görə, Dövlət Departamentinin əməkdaşları “American Oversight”ın nümyəndələri ilə görüşməli və onların tələbələrini yerinə yetirməlidirlər. Burada söhbət dövlət katibi Maykl Pompeo və Donald Trampın vəkili Rudolf Culiani arasındakı yazışmalardan gedir. Həmçinin “American Oversight” ABŞ-ın Ukraynadakı keçmiş səfir Meri Yovanoviçin də geri çağırılması ilə əlaqədar sənədləri istəyib.

“Dövlət katibi Maykl Pompeonun impiçment proseduruna əngəl törətməsi ilə bağlı planlarından asılı olmayaraq biz Ağ Evin Ukrayna ilə münasibətləri öyrənəcəyik”,- deyə təşkilat rəhbəri Ostin Evers “RTVi” kanalına verdiyi müsahibədə deyib.
Qeyd olunur ki, “American Oversight” 2017-ci ildə yaradılıb.

Qurumun rəsmi səhifəsində də göstərilib ki, onların əsas məqsədi Donald Trampın hakimiyyətdən sui-istifadə hallarını araşdırmaqdan ibarətdir.

 

Gununsesi.org