ABŞ Milli Təhlükəsizlik Agentliyinə yeni rəhbər təyin olunub

  • By admin
  • 14 Fevral 2018 08:45

Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz “Twitter” hesabında yazıb.

Nakasonen eyni zamanda ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına rəhbərlik edəcək və ona general rütbəsi veriləcək. Bundan əlavə, onun namizədliyini hələ Konqresin Senatı təsdiqləməlidi.

54 yaşlı Nakasone 2016-cı ilin oktyabr ayından ABŞ ordusunun kiberkomandanlığına rəhbərlik edir. Xidmətə kəşfiyyatda başlayıb. Əfqanıstan və İraqdakı əməliyyatlarda iştirak edib.

Gununsesi.info