ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Konqresdə prezident əleyhinə ifadə verəcək

  • By admin
  • 29 Oktyabr 2019 19:12

ABŞ Milli Təhlükəsilzik Şurasının əməkdaşı Aleksandr Vindman Konqresdə öz prezidentini milli təhlükəsizliyə zidd fəaliyyət göstərməkdə ittiham etmək niyyətindədir.

Gununsesi.org xəbər verir ki, “Politico” saytının məlumatına əsasən, bununla bağlı yazılı izahat artıq mövcuddur.

A.Vindman Ağ Evin parlamentin aşağı palatasında impiçment proseduru ətrafında keçirilən dinləmələrdə iştirak edəcək ilk əməkdaşı ola bilər. Çünki hələ bu ilin oktyabr ayının 8-də prezident administrasyası “teatr şousu” adlandırdığı prosesə qatılmayacağını açıqlamşdı.

Vindmanın sözlərinə görə, o, prezidentin xarici ölkənin dövlət başçısından öz vətəndaşına qarşı cinayət işi qaldırmasını xahiş etməsini heç cür qəbul edə bilmir və bununla bağlı o, Milli Təhlükəsizlik Şurasının baş müşavirinə məktub da göndərib..
Onun sözlərinə görə, bu məsələ hazırda rəsmi Kiyevi iki partiyanın da dəstəyindən məhrum edə bilər. Bu isə ABŞ-ın milli təhlükəsizliyinə ağır zərbə deməkdir.

“The New York Times” qəzeti Aleksandr Vindmanın Donald Trampdan şikayət edən kəşfiyyatçılardan biri olmadığını yazıb. 44 yaşlı polkovnik əslində özü də 3 yaşında olarkən Ukraynadan köçən yəhudi ailəyə mənsub ABŞ vətəndaşıdır. Onun Harvardda təhsil aldığı da bilinir.

Aleskandr Vindman həmin agentin kim olduğunu deməsə də, bu ilin iyul yının 25-də Donald Trampla Vladimir Zelenski arasındakı telefon danışığını dinləyən 4 kəşfiyyatçıdan biri olduğunu etiraf edib.

“The Washington Post” qəzetinin xəbərinə görə, ABŞ-ın keçmiş səfiri Mari Yovanoviç zorla istefaya göndərildikdən sonra MTŞ-nin hüquqi məsələləri üzrə müşaviri Con Ayzenberqə müxtəlif rəsmi və məxfi rezidentlərdən şikayələr daxil olub. Buna əsas səbəb Donald Trampın vəkili Rudolf Culianinin keçmiş vitse –prezident Cozef Baydenin oğlu Hanter Baydenin fəaliyyətini araşdırmaq üçün Ukraynada göstərdiyi fəalliyət imiş.

 

Gununsesi.org