ABŞ prezidentindən Çinə xəbərdarlıq

  • By admin
  • 13 May 2019 09:30

Gununsesi.org-un xəbərinə görə, ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.

O, bildiribn  ticarət razılığı ya indi əldə edilməli, ya da bu, mənim ikinci dönəm prezidentlik dövründə daha pis razılıq demək olacaq.

Vaşinqton və Pekin arasında razılıq yeni tariflərə görə dalana dirənib. İki gün sürən müzakirələr cümə günü nəticə vermədən başa çatıb.

Tərəflər tarixi bəlli olmayan daha bir görüş keçiriləcəyini bildirsələr də, əsas məsələlərdə güzəştə getməyəcəkləri barədə xəbərdarlıq veriblər.

Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.

Çin cümə günü tariflərin artırılmasına “dərin təəssüfləndiyini” və “lazımı cavab tədbirləri” görəcəyini bildirib, lakin heç bir detal paylaşmayıb.

Tariflərin artırılması Çinin vitse baş naziri Liu He, ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsi Robert Laytayzer və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin arasında danışıqların getdiyi vaxta təsadüf edib.

Bu danışıqlar ticarət razılığını qoruyub saxlamaq məqsədi daşıyırdı.