ABŞ qırıcıları Rusiya təyyarələrini ərazidən uzaqlaşdırdı

  • By admin
  • 01 Noyabr 2017 22:51

Birləşmiş Ştatların Yapon dənizindəki “Ronald Reagan” təyyarə gəmisinə yaxınlaşan Rusiya təyyarələri ABŞ qırıcıları tərəfindən uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN-ə ABŞ rəsmiləri danışıblar:

“Bazar günü Rusiyaya məxsus TU-95 tipli 2 bombardmançı təyyarə “Ronald Reagan” təyyarə gəmisinə yaxınlaşıb. Lakin gəmidən havaya qaldırılan F/A-18 qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb”.

Rəsmilər Rusiya təyyarələrinin problem yaratmadan ərazidən getdiyini və təhlükəli vəziyyət olmadığını bildirib.

Qeyd edək ki, bu bölgədə Çin, Yaponiya və Koreya da var. Şimali Koreya ilə yanaşı, Çin və Rusiya da ABŞ-ın regiona artan marağından narahatdır.

Gununsesi.info