ABŞ Rusiyanın dövlət borcuna qarşı olan sanksiyalarını təsdiqlədi

  • By admin
  • 12 İyul 2019 09:57

ABŞ Konqressinin Nümayəndələr Palatası Rusiyanın dövlət borcuna qarşı sanksiya tətbiq etmək təşəbbüsünü təsdiqləyib.

Gununsesi.org-un “C-Span” telekanalına istinadən verdiyi xəbərə görə, 2020-ci il üçün müdafiə büdcəsi layihəsinə edilən düzəlişin müəllifləri Kaliforniya Demokratik Partiyasının nümayəndələri Bredli Şerman və Maksin Uotersdir.

Şermanın sözlərinə görə, söhbət ABŞ vətəndaşlarının Rusiyanın dövlət borcu ilə yeni danışıqlar həyata keçirməyinin qeyri-mümkünlüyündən gedir: “Bu sanksiyaların aradan qaldırılması üçün bir mexanizm də nəzərdən keçirilib. Bu da ki, ABŞ Administrasiyasının Rusiyanın seçkilərə müdaxilə etmədiyini qəbul etdiyi təqdirdə baş tuta bilər”.

Qeyd olunur ki, müdafiə büdcəsi layihəsi hələ təsdiqlənməyib.

Sənəd Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq edilməli, daha sonra dövlət başçısı Donald Tramp tərəfindən imzalanmalıdır.

Gununsesi.org