ABŞ Rusiyanın raketləri qarşısında acizdir

  • By admin
  • 20 Sentyabr 2019 10:28

Rusiya və Çin hipersonik silahlar sahəsində ABŞ-ı əhəmiyyətli dərəcədə qabaqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “National İnterest” yazıb.

Mütəxəssislərin fikrincə, hazırda ABŞ-ın raketdən müdafiə sistemləri sözügedən raketlərin hücumunu dəf etmək iqtidarında deyil. Bu sahədə rəqiblərdən geriliyi aradan qaldırmaq üçün ABŞ Müdafiə Nazirliyi yalnız hipersonik silah hazırlanmasına 2019-cu ildə 2 milyard dollar ayırıb. Ekspertlər Pentaqonun müdafiə deyil, məhz hücum silahı hazırlamaqda maraqlı olduğunu xüsusilə vurğulayıblar.

Gununsesi.org