ABŞ Rusiyaya viza müharibəsi elan edib

  • By admin
  • 10 Noyabr 2019 20:48

ABŞ Rusiyaya viza müharibəsi elan edib.

Gununsesi.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi deyib.

“Sənət, idman, mədəniyyət sahələrinin insanları da daxil olmaqla, hər kəs zərər görür. Vizalar ya verilmir, ya da tədbirlər bitəndən sonra verilir”, – deyə bildirilib.

Qeyd edək ki, ABŞ səfirliyi “Spartak” klubunun oyunçularına viza verməkdən imtina edib.

 

Gununsesi.org