ABŞ səfirini geri çağıra bilərmi?- YAP-ÇI DEPUTATDAN "WASHINGTON POST"A CAVAB

ABŞ səfirini geri çağıra bilərmi?

milletv

McCain Beynəlxalq Liderlik İnstitununun insan haqları və demokratiya direktorlarından David J. Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitinin professoru Richard Kozlarıç “The Washington Post” qəzetində Azərbaycan hakimiyyətini tənqid ediblər. Kramer və Kozlariçın fikrincə, Azərbaycanda bütün siyasi məhbuslar azad edilənə, Azərbaycan rəsmilərinin və dövlət mediasının anti-Amerika ritorikası dayandırlınadək ABŞ özünün bu ölkədəki səfirini uzunmüddətli məsləhətləşmə üçün geri çağırmalıdır.

Gununsesi.info YAP-çı millət vəkillərindən AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin amerikalı siyasətçilərin fikirlərinə münasibətini öyrənib. Millət vəkili bildirib ki, hər iki amerikalı siyasətçi saxtakar və eyni zamanda, Azərbaycana qarşı şər-böhtan kampaniyasının başında duran şəxslərdirlər: “ Bu adamların söylədiyi fikirlərin obyektiv əsası yoxdur. Onlar yalnız qarayaxmalarla məşğul olan saxtakardırlar. Bu adamların söylədiyi fikirlər rəsmi ABŞ-ın mövqeyi deyil. Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə davam edir və edəcək də. Ona görə də Kramer və Kozlariç, eləcə də onlar kimi bir neçə şəxs – daha doğrusu, belə fitnəylə məşğul olan bir senator da var. Onlar yalnız qrant layihələriylə, şər-böhtan və ləkələmə kampaniyasıyla məşğuldurar”- deyə, millət vəkili qeyd edib.

B.Əliyev hesab edir ki, Kramer və Kozlariçın nə dediyinə əhəmiyyət verməyə belə dəyməz. “Bu şəxslər artıq özlərini həm ABŞ-da, həm də dünya miqyasında tamamilə ifşa etmiş riyakarlardır. Özü də siyasi riyakarlar. Azərvbaycan-ABŞ münasibətləri inkişaf edir. Özü də bu münasibətlər strateji baxımdan yüksək səviyyədədir. ABŞ dövləti hər hansı şəxsin fikriylə oturub-durmur. Odur ki, onların fikrinin əhəmiyyəti elə əhəmiyyətsizliklərindədir. Azərbaycan dövləti özünün müstəqil siyasətini həyata keçirir. Heç kim də dövlətimizi bu siyasətdən döndərə bilməz. Azərbaycan demokratik hüquqi dövlət kimi dünyada öz sözünü deyib və bundan sonra da deyəcək”- deyə, millət vəkili qeyd edib.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS