ABŞ strateji bombardmançıları İran yaxınlığına yerləşdirir

  • By admin
  • 07 Yanvar 2020 16:27

ABŞ hökuməti B-52 strateji bombardmançı təyyarələrini Luiziana ştatındakı aviabazadan Hind okeanında yerləşən Dieqo Qarsiya adasına keçirib.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, bu qərar ABŞ-la İranın münasibətlərinin gərginləşməsi fonunda qəbul edilib.

ABŞ Müdafiə Nazirliyi öz növbəsində mətbuatın bu iddiasını təkzib etməyib.

Bundan başqa, ABŞ-ın Yaxın Şərqə daha 200 hərbçi göndərəcəyi bildirilir.

Gununsesi.org