“ABŞ süni intellekt sahəsində Çin və Rusiyaya uduzur” - "Daily Mail"

  • By admin
  • 13 Noyabr 2019 20:35

“ABŞ süni intellektin qurulması üzrə yarışda artıq əsas rəqiblərindən geridə qalır”.

Gununsesi.org xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily mail” qəzeti məlumat yayıb.

Milli təhlükəsizlik və süni intellekt üzrə komissiyanın hesabatına əsasən, Çin və Rusiya bu sahədə xeyli irəliyə gediblər və bəhs olunan texnologiyadan ABŞ-a qarşı, hərbi əməliyyatlar zamanı istifadə etməkdədirlər.

“Biz Amerikanın (ABŞ-red.) dünyanın aparıcı innovator rolunun təhdid altına düşməsindən olduqca narahatıq”,-deyə hesabatn giriş hissəsində Komissiyanın sədri Erik Şmidt (bu adam vaxtilə Google şirkətinin baş direktoru olub-red.) və onun müavini Robert Vork yazıblar.

Müəlliflər Çini “ən ciddi strateji rəqib adlandıraraq”, rəsmi Pekinin əsas missiyasının 2030-cu ildə süni intellekt üzrə araşdırmalarda əsas liderə çevrilmək olduğunu bildiriblər.

Sənəddə buna görə kommunist rejimin 150 milyard dollar pul ayırdığı vurğulanır.

Lakin hesabatda Çinin süni intellekt texnologiyalardan insanların xeyri və rifahı üçün və ya xarici hücumlara qarşı durmaq üçün deyil, daha çox fərdi şəxlərin, vətəndaşların məlumatlar bazasına və həyatına müdaxil olmaq, Rusiyanın isə yüksək texnologiyalı hərbi maşınların istehsalı sahəsində istifadə etdikləri qeyd olunur.

“Rusiya qanlı diktatorun (Bəşər Əsəd nəzərdə tutulur-red.) müdafiəsi üçün, artıq silahlı robotlaşdırılmış nəqliyyat vasitələrindən döyüş meydanında tətbiqini reallaşdırıb və ruslar deyəsən adi əxlaq normalarına da riayət belə etməyiblər. Rusiya süni intellektdən digər ölkələrin suverenliklərin pozmaqdan ötrü, hibrid savaşlarda yararlanmaq niyyətindədir”,-deyə hesabatda bildirilir.

“Bu ilin mart ayında Rusiya döyüş zamanı piyadalara yarıdm edəcək “qatil-robotlar”dan danışan video nümayiş etdirib. Videomaterialda pilotsuz tank da daxil olmaqla ən yeni insansız hərbi vasitələrdən danışılır. Perspektiv araşdırmalar fondunun təsbitlərinə əsasən, burada son məqsəd süni intellekt alqoritmləri ilə nəzarət olunacaq robotlar ordusunun yaradılmasından ibarətdir. Hələ ki belə texnologiya ABŞ üçün əlçatmaz görünməkdədir”,- deyə qəzetin məqaləsində göstərilib.

 

Gununsesi.org