ABŞ Suriyanın Deyr-ez-Zor əyalətini bombaladı -17 dinc sakin öldürüldü

  • By admin
  • 15 Noyabr 2018 21:48

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətini bombalayıb.

“Gununsesi.org” “SANA”ya istinadən xəbər verir ki, yaşayış məskəninə edilən avihücumlar nəticəsində 17 nəfər dinc sakin öldürülüb.

Koalisiya qüvvələri iki yaşayış məntəqəsini bombalayıb. Yaralıların dəqiq sayı isə bilinmir.