ABŞ təyyarəsi qəzaya uğrayıb

  • By admin
  • 22 Sentyabr 2016 14:18

tay-1

ABŞ ordusuna aid “AV-8B Harrier II” tipli hərbi təyyarə Yaponiyanın Okinava adası yaxınlığında qəzaya uğrayıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarənin pilotları xilasedicilər tərəfindən xilas edilib. Hər iki pilot sağdır.

Amma pilotların sağlamlıq vəziyyəti ilə bağlı məlumat verilmir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Anar

Gununsesi.info