ABŞ Türkiyəni sanksiya ilə hədələdi - Venesuelaya diplomatik dəstək verməyə davam edərsə

  • By admin
  • 13 Mart 2019 13:52

“Türkiyə Venesuelaya diplomatik dəstək verməyə davam edərsə, ABŞ Maliyyə Nazirliyi sanksiya tətbiq etməyə başlayacaq”.

Gununsesi.org xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin Venesueladakı xüsusi nümayəndəsi Eliot Abrams deyib.

Diplomat bildirib ki, Türkiyənin Nikolas Maduro hökumətinə dəstəyi və bu ölkələr arasında qızıl alış-verişi ABŞ-ın siyasətinə qarşıdır. Buna görə də ABŞ Maliyyə Nazirliyində Türkiyənin bu siyasəti nəzərə alınaraq sanksiyalar çərçivəsində cavab hazırlanacaq.

Qeyd edək ki, Venesuelada dövlət çevrilişi baş verib. Parlamentin spikeri Xuan Quaydo son seçkilərdə qələbə qazanan Nikolas Maduroya qarşı xalqı ayağa qaldırıb. ABŞ başda olmaqla, bir çox dünya dövlətləri Quaydonun müvəqqəti liderliyini tanıyır.

Xatırladaq ki, ABŞ-la Türkiyə arasında son olaraq amerikalı rahib Endryu Bransonun İzmir şəhərində ev dustaqlığına məhkum edilməsindən sonra siyasi böhran yaşanmış və Vaşinqton Ankaranın bu hərəkətinə maliyyə sanksiyaları ilə cavab vermişdi.

Gununsesi.org