ABŞ Yaponiyadan vətəndaşlarını təxliyə etdi

  • By admin
  • 17 Fevral 2020 20:20

Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığındakı Yokohama limanında fevralın 4-dən koronavirusla əlaqədar karantinə alınan kruiz gəmisindəki ABŞ vətəndaşlarını daşıyan təyyarə bu gün Haneda limanından havaya qalxıb.

Gununsesi.org xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında 300-dən artıq amerikalı sərnişinin olduğu və onlardan 14-də yoluxucu virusun aşkarlandığı bildirilib.

Qeyd edək ki, koronavirusun yayıldığı laynerdə 3 500-dən çox sərnişin var. Gəmidə yoluxucu virusun daşıyıcılarının sayı 350-ni ötüb.

Xatırladaq ki, ötən il dekabrından meydana çıxan yeni koronavirus bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirilib. Son məlumata görə, koronavirusa yoluxanların sayı 71 442, ölənlərin sayı 1 777, sağalanların sayı 11 214 nəfərdir. Çindən başqa, koronavirusa yoluxma halları daha 25 ölkədə qeydə alınıb.

 

 

Gununsesi.org