“ABŞ Yaxın Şərqdəki müharibələrə 8 trilyon dollar sərf edib”- DONALD TRAMP

“ABŞ Yaxın Şərqdəki müharibələrə 8 trilyon dollar sərf edib”

“ABŞ Yaxın Şərqdə müharibə apararaq, qayda-qanunu qoruyaraq 8 trilyon dollar vəsait sərf edib”.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter”dəki hesabında yazıb.

“Minlərlə əsgərimiz həlak olub, yaxud ağır yaralanıb. Qarşı tərəfdən də milyonlarla insan həlak olub. Yaxın Şərqə getmək ölkəmizin bütün tarixi boyu ən pis qərar olub. Biz bu müharibəyə səhvən getdik və əvvəla, kütləvi qırğın silahlarını yox etmək üçün getdik. Orada elə şey olmayıb. İndi də biz əsgərlərimizi və hərbi əmlakımızı oradan asta-asta, ehtiyatla çıxarırıq. Diqqətimiz böyük mənzərə üzərindədir. ABŞ əvvəllər heç zaman olmadığı qədər böyükdür!”, – deyə o vurğulayıb.

Qeyd edək ki, 1991 və 2003-cü illərdə ABŞ-ın İraqa qarşı həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatların elan olunmuş başlıca hədəflərdən biri bu ölkənin kütləvi qırğın silahlarına malik olması və yox etmək zərurəti olub.

 

 

 

Gununsesi.org

COMMENTS