ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını artırır

  • By admin
  • 24 May 2019 23:13

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi kontingentini gücləndirmək və daha 2-3 min hərbçini göndərmək qərarı alıb.

“Gununsesi” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, tramp bu qərarı İranla münasibətləri gərginləşdikdən sonra qəbul edib. Bununla yanaşı, Vaşinqton Yaxın Şərqdə havadan və raket əleyhinə müdafiə sistemlərinin, təyyarələrinin, pilotsuz təyyarələrinin və sualtı qayıqlarının sayını artırmaq fikrindədir.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın 5-13 min hərbçini Yaxın Şərqə göndərəcəyi müzakirə edilirdi.