Abşeron məhkəməsi ictimai fəala 30 sutka verdi - SÜRÜNDÜRMƏÇİLİYƏ ETİRAZ EDİRMİŞ

  • By admin
  • 03 Sentyabr 2019 13:43

 

Abşeron rayon Məhkəməsi sentyabrın 3-də ictimai fəal Rafael Hüseynzadəni 30 sutka inzibati həbsə məhkum edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Hüseynzadənin atası Füzuli Hüseynov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə oğlunu polis şöbəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

“Hazırda oğlum Abşeron rayon Polis İdarəsinin saxlanma yerində saxlanılır. Orada insanın qalması üçün şərait yoxdur,” ata qeyd edib.

Rafael Hüseynzadə avqustun sonlarında polisin süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz olaraq Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirdikdən sonra həbs edilib. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

“Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib. Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynovu zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib,” ata deyib.

Gununsesi.org