Abşeron polisi cibgiri saxladı

  • By admin
  • 01 Noyabr 2016 10:45

cibgir

Abşeron rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində özünü şübhəli şəxs kimi aparan Fərid  Səfərovu saxlayıb.

Gununsesi.info xəbər verir ki, idarədə Fəridin üzərinə baxış keçirən polis əməkdaşları onun uzərindən sellofan torbaya bükülmüş narkotik vasitə olan heroin  aşkar edilib. İstintaq zamanı dindirilən Fərid Səfərov narkotik aludəçisi olduğunu deyir. Rayon Cinayət axtarış idarəsinin əməkdaşlarının apardıqları  araşdırmalar zamanı Fərid Səfərovun cibgirliklə məşğul olduğu üzə çıxıb.

Belə ki Səfərov Bakı Sumqayıt və Abşeron rayonu ərazisində avtobuslarda vətəndaşların ciblərini soymaqda şübhəli bilinir.

Hüquq mühafizə orqanının əməkdaşları əvvəllərdə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayan Fəridin digər cinayət əməllərində əlin olub olmamasını araşdırır.

Gununsesi.info