Abşeronda 16 yaşlı oğlan özünü asdı

  • By admin
  • 03 Noyabr 2016 17:43

intihar_23e75646

Abşeronda intihar hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə noyabrın 3-də rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 16 yaşlı Asiman Şükür oğlu Əmirov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info