Abşeronda yol qəzası baş verib - YARALILAR VAR

  • By admin
  • 17 Noyabr 2017 22:32

Abşeron rayonunda yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində “Shacman” markalı yük maşını “VAZ-2107” markalı avtomobilin üzərinə aşıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Gununsesi.info