Abşeronda yolu keçən qadını avtomobil vurub öldürdü

  • By admin
  • 16 Noyabr 2019 18:06

Abşeronda yolu keçən qadını avtomobil vurub.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.org