Acun İlicalı özünə lüks avtomobil aldı - FOTO

  • By admin
  • 28 Noyabr 2019 12:49

“TV8”in sahibi, prodüser və aparıcı Acun İlicalı özünə bahalı avtomobil alıb.

Gununsesi.org xəbər verir ki, Acun İlicalı “Rolls Royce Cullinan” markalı avtomobilə minərkən görüntülənib.

“Avtomobil mənim deyil, sadəcə, şirkət bir həftəlik maşını mənə verib. Ona görə xahiş edirəm yeni avtomobilim deyə yazmayın”, – kanal sahibi jurnalistlərə açıqlamasında deyib.

Acunun bu açıqlaması jurnalistlərə inandırıcı gəlməyib. İddialara görə, o, avtomobili özü üçün alıb.

Qeyd edək ki, Acun İlicalı bahalı avtomobilləri, motosikletləri, gəmiləri və sürəti sevməsi ilə məşhurdur.

Gununsesi.org