Adriana Lima türk iş adamı ilə sevgili oldu

  • By admin
  • 09 İyul 2019 09:53

Türkiyənin tanınmış yazarı Metin Haradan ayrılan dünyaca məşhur model Adriana Lima iş adamı Emir Uyarla münasibətə başlayıb.  Gununsesi.org xəbər verir ki, braziliyalı model qısa fasilədən sonra biznesmenlə sevgili olmaq qərarına gəlib. 

Onlar bir neçə gündür ki, Mikonos adasında istirahətdədirlər.  Cütlük Venesiyaya yaxta ilə səyahət zamanı əl-ələ paparrassilər tərəfindən görüntülənib. Səmimi fotolar dünya mətbuatında əks olunub.

 Qeyd edək ki, 38 yaşlı Adriana basketbolçu Marko Jaric ilə evli olub (2006-2016). O, ərinin xəyanətindən sonra boşanıb və Metinlə tanış olub. Cütlük 1 il yarım sevgili olduqdan sonra ayrılıblar.




Gununsesi.org