ADY Bakı-Ağstafa-Qazax qatarının gecikməsinin səbəbini açıqladı - HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SÜRƏT AZALDILIB

  • By admin
  • 19 Fevral 2018 11:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Ağstafa-Qazax qatarının hərəkətində baş verən gecikməyə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova trend-ə faktı təsdiqləyib: “Qatarın gecikməsinə səbəb hava şəraiti ilə bağlı sürətin azaldılması olub. Nəticədə qatar 1 saat gecikib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qatarın sürəti azaldılıb. Başqa heç bir problem yoxdur”.

Xatırladaq ki, fevralın 18-i saat 23:50-də Bakıdan Ağstafa istiqamətinə hərəkət edən sərnişin qatarı hava şəraiti ilə əlaqədar gecikib.

Gununsesi.info