AFFA Klublar Komitəsinə yeni sədr seçilib.
Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə “Neftçi”nin prezidenti Orxan Hüseynzadə layiq görülüb.
O, yeni vəzifədə “Sumqayıt”ın prezidenti Kamran Quliyevi əvəzləyib. K.Quliyev yeni seçkidə ona səs verilməməsini xahiş edib.
O.Hüseynzadə səslərdən 7-ni qazanıb, “Zirə”nin prezidenti Natiq İsmayılova isə 1 səs verilib.
Gununsesi.info