Afrikalı dəniz quldurları rus gəmiçiləri azad etdilər

  • By admin
  • 22 Sentyabr 2019 18:39

Avqust ayında Kamerun sahillərində dəniz quldurlarına əsir düşən rus dənizçilər azad ediliblər.

REN TV xəbər verir ki, bu barədə Rusiyanın Kamerundakı səfirliyi açıqlama yayıb.

Bildirilib ki, əsirlərin həyat və sağlamlıqları yerindədir.

Hazırda Almaniyada olan dənizçilər yaxın günlərdə Rusiyaya yollanacaqlar.

Bir aydır əsirlikdə olan gəmi ekipajının digər beş üzvü başqa ölkələrdən olublar. Hələlik ancaq rusların, yoxsa bütün əsirlərin azad olunması haqqında dəqiq məlumat verilmir.

Qeyd edək ki, Qərbi Afrika sahillərində quldur dəstələri tez-tez müxtəlif ölkələrin gəmilərinə hücum edərək onları ələ keçirirlər.

Gununsesi.org